Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Telefonların biometrik təhlükəsizlik sistemlərində yeni dövr başlayır

Telefonların biometrik təhlükəsizlik sistemlərində yeni dövr başlayır

Tarix: 27 Fevral 2020 21:57

"Ağıllı" telefonlarda müxtəlif biometrik təhlükəsizlik sistemleri var.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, bu sistemlərdən biri gələcəkdə daha etibarlı olacaq.

Modern telefonların az qala hamısında ya barmaq izi, ya da üztanıma texnologiyaları yer alır. Sözügedən biometrik sistemlər sayəsində telefondakı şəxsi məlumatları qorumaq üçün şifrədən istifadəyə ehtiyac duyulmur. Ancaq bu sistemlər də tam təhlükəsiz deyil. Çətin də olsa, hətta Apple-ın Face ID sistemini belə qırmaq mümkündür. Ona görə də yeni sistemlərin yaradılmasına həmişə ehtiyac var.

Bu sistemlərdən birinə Almaniyanın trinamiX şirkəti imza atıb. Çox detal məlum olmasa da, firmanın cild/dəri/bədən tanıma proqramı inkişaf etdirdiyini demək mümkündür.

Üztanıma sistemlərini xüsusi maskalar vasitəsilə yanıltmaq olur. Yeni proqram isə plastik maskaları asanlıqla ayırd edir. Yəni söhbət əsl insan dərisi görmədən açılmayan üztanıma sistemlərini mümkün edən texnologiyadan gedir. Telefonlarda nə zaman tətbiq ediləcəyi bilinməsə də, istehsalçı şirkətin sistemi Qualcomm ile ortaq yaratdığı deyilir.


Etiketlər:  Telefonların biometrik təhlükəsizlik sistemlərində yeni dövr başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ