Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FİFA-dan transfer qaydaları ilə bağlı - Yeni qərarlar

FİFA-dan transfer qaydaları ilə bağlı - Yeni qərarlar

Tarix: 28 Fevral 2020 07:26

İsveçrənin Sürix şəhərində FİFA-nın növbəti iclası keçirilib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, iclasda transfer qaydalarında yenilik edilməsi ilə bağlı qərarlar verilib.

İcarəyə götürülən futbolçuların sayına məhdudiyyət qoyulub. Bu qayda 2020-ci ilin iyulundan qüvvəyə minəcək. 2020/21 mövsümündən başlayaraq bir kluba digər ölkələrin klublarından 8-dən artıq futbolçu icarəyə götürülməyəcək. 2022/23 mövsümündən isə beynəlxalq icarələrin sayı 6-ya endiriləcək.

İki eyni klub arasında icarə müqavilələrinin sayı da məhdudlaşdırılıb. Tərəflər maksimum 3 oyunçunu bir-birinə icarəyə verə biləcəklər.


Etiketlər:  FİFA transfer qaydaları ilə bağlı Yeni qərarlar


RƏYLƏR