Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb - FOTO

Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb -  FOTO

Tarix: 28 Fevral 2020 10:18

Dövlət Sərhəd Xidməti (DSX) koronavirusla bağlı sərhəd keçid mənətəqələrindəki vəziyyətlə bağlı məlumat yayıb.

Xidmətdən Sonxeber.net-a verilən məlumatda bildirilir ki, son günlərdə bir sıra kütləvi informasiya vasitələrində və sosial mediada Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış mən­tə­qələrində şəxslə­rin və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçi­din­də məhdudiyyətlərin tətbiq olunması barəd­ə yanlış məlu­mat­lar yayılmaq­dadır.

Bununla əlaqədar olaraq bildiririk ki, bu məlumatlar həqiqətə uyğun deyildir və reallığı əks etdirmir.

Azərbaycan Respublikasının həmsərhəd ölkələrlə dövlət sərhə­din­dən bura­xılış məntəqələrində vətəndaşların, sərnişin avtobuslarının, fər­di və yük nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılmasında hər hansı məhdudiyyətlər tətbiq edil­mə­mişdir, dövlət sərhədindən buraxılış məntəqələri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Hazırda dövlət sərhədindən buraxılış məntəqələrində şəxslərin və nəqliy­yat vasitələrinin keçidində sıxlıq halları müşahidə olunmur.

Həmsərhəd ölkələrin sərhəd mühafizə orqanları ilə zəruri məlu­mat mübadiləsi həyata keçirilir, həmin ölkələr tərəfindən də dövlət sərhə­din­dən buraxılış məntəqələrində tib­bi profilaktik tədbirləri gücləndiril­mişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşı­rı­ğına əsasən aidiyyəti dövlət orqanları arasında "koronavirus" xəs­tə­li­yinə qarşı mübarizə tədbirlərinin qarşılıqlı koordinasiyası yüksək sə­­viy­yədə təşkil olunmuşdur.

Dövlət sərhədindən buraxılış məntəqə­lə­rində sanitar-ka­rantin nəza­rətinin gücləndirilməsi, "koronavirus" xəstəli­yi­nə yoluxma­ları­na şübhələr yaranan şəxs­­­lərin aşkarlanması və tibbi təx­liyəsi istiqa­mətində kompleks profilaktik tədbirlər hə­yata keçirilir. Dövlət sərhədindən buraxılış mən­təqələrində tibbi personalın və təcili tibbi yardım avtomobillərinin fasiləsiz fəaliyyəti təşkil olunmuşdur. Ölkə­yə daxil olan vətəndaşların hər birinin bədən hərarəti mütləq qaydada müa­sir tibbi texniki vasitələrdən isti­fadə olunmaqla yoxlanılır, hərarətinin yüksək olmasına şübhələr ya­ra­nan şəxslər daha dərinləşdirilmiş tibbi müayinələrə cəlb olunur və zərurət ol­­duqda tibbi təxliyələri təşkil edilir.

Dövlət sərhədindən keçən şəxslərin "koronavirus" xəstəliyinə qarşı profilaktik tədbirlər haqqında maarifləndirilməsi istiqamətində lazımi təd­birlər həyata keçirilir. Dövlət sərhədindən buraxılış məntəqələrində xid­mət aparan şəxsi heyət tibbi təhlükəsizliklərinin təmin edilməsi məqsədilə fərdi müdafiə və digər tibbi mühafizə vasitələri ilə təmin olunmuşlar.


Etiketlər:  Sərhəd buraxılış məntəqələrinə məhdudiyyət qoyulmayıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ