Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Terrorçuluqla mübarizə güclənəcək - Fəaliyyət Planı

Terrorçuluqla mübarizə güclənəcək - Fəaliyyət Planı

Tarix: 28 Fevral 2020 10:42

Azərbaycanda bu il cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə qanunvericilik təkmilləşdiriləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Milli Fəaliyyət Planında qeyd edilir ki, bununla əlaqədar bu il ərzində koordinasiya mexanizmi yaradılacaq, müvafiq normativ hüquqi akt hazırlanacaq və qəbul ediləcək.

Bu işin icraçıları Nazirlər Kabineti, İqtisadiyyat və Ədliyyə nazirlikləri, Maliyyə Monitorinqi Xidməti olacaq.

Sənədə əsasən, bu il İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti tərəfindən risk qiymətləndirilməsinin keçirilməsi üçün zəruri olan metodologiya müəyyən ediləcək.


Etiketlər:  Terrorçuluqla mübarizə güclənəcək Fəaliyyət Planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ