Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalib gələ də, uduza da bilərdik'' - Tərlan Əhmədov

''Qalib gələ də, uduza da bilərdik'' - Tərlan Əhmədov

Tarix: 29 Fevral 2020 18:26

"Oyunun gərgin və maraqlı olacağını gözləyirdim. Hər iki komandanın ifasında sürətli futbolun şahidi olduq. Baxımlı qollar vuruldu".

Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri  matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə,  qalib gələ də, uduza da bilərdilər: "Amma nəticə ədalətlidir. Komandamızın məğlub durumda olmasına baxmayaraq, bərabərliyə nail olması bizi sevindirir. Mübarizəni səbrlə davam etdiririk. Nəticəsini sonda görəcəyik".

49 yaşlı mütəxəssis bildirib ki, Con Kamaranın erkən zədələnməsinə baxmayaraq, digər futbolçuları etimadı doğruldur: "Kamaranın olmaması bizim üçün böyük itkidir. Orta xəttdə bütün qara işləri görür. Düşünmürəm ki, zədəsi ciddidir. İnanıram ki, qarşıdakı turlarda bizə kömək edə biləcək".

 


Etiketlər:  Qalib gələ uduza bilərdik Tərlan Əhmədov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ