Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanı müqəddəs Kəəbənin örtüyünün bir parçasını Misirə hədiyyə edib

Səudiyyə Ərəbistanı müqəddəs Kəəbənin örtüyünün bir parçasını Misirə hədiyyə edib

Tarix: 29 Fevral 2020 22:16

Səudiyyə Ərəbistanının Misirdəki səfiri Üsamə Əl-Nuqali müqəddəs Kəəbənin örtüyünün bir parçasını Misirin Turizm Nazirliyinə təqdim edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu qiymətli eksponat Misirin yeni inzibati paytaxtında açılacaq muzeydə nümayiş etdiriləcək.

Səudiyyə Ərəbistanının səfiri qeyd edib ki, onun ölkəsinin ən qədim sivilzasiyanın beşiyi olan Misirə hədiyyəsi tarixi və dini əlaqələrin bir rəmzidir.

Qeyd olunur ki, yeni inzibati paytaxtda yerləşəcək və 8500 kvadratmetr sahəsi olacaq muzeydə Qədim Misirə aid minlərlə arxeoloji və mədəni abidə nümayiş etdiriləcək. Bundan başqa, Yeni Qahirədə 2200 tamaşaçı yeri olacaq Opera Teatrı və böyük kitabxana inşa edilir.


Etiketlər:  Səudiyyə Ərəbistanı müqəddəs Kəəbənin örtüyünün parçasını Misirə hədiyyə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ