Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Trabzonspor” “Rizəspor”u darmadağın edərək liderliyə yüksəlib - FOTO

''Trabzonspor” “Rizəspor”u darmadağın edərək liderliyə yüksəlib - FOTO

Tarix: 29 Fevral 2020 23:08

Fevralın 29-da Türkiyə Superliqasının XIX turunun ikinci günündə "Trabzonspor" doğma meydanda "Rizəspor"u qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Medical Park Arena"da keçirilən qarşılaşmada meydan sahibləri rəqiblərini 5:2 hesabı ilə məğlub ediblər. Trabzon təmsilçisinin qollarını Manuel Da Kosta (65), Caleb Ekuban (71), Joze Soza (77), Antoni Nvakame (86) və Badou Ndlaye (90+8) vurublar. "Rizəspor"un heyətində isə Dario Melnjak (36) və Milan Skoda (90+6) fərqləniblər.

Beləliklə, "Trabzonspor" doğma meydanda "Rizəspor"u darmadağın edərək liderliyə yüksəlib.

Günün birinci - "Konyaspor" - "Kasımpaşa" matçında qapılara top vurulmayıb - 0:0. Digər oyunda isə "Fənərbağça" səfərdə "Antalyaspor"un qonağı olacaq.

Bu oyundan başqa, tur çərçivəsində "Dənizlispor" - "Yeni Malatyaspor", "Ankaragücü" - "Sivasspor", "Qalatasaray" - "Gənclərbirliyi", "Başakşəhər" - "Qaziantep" və "Kayserispor" - "Göztəpə" matçları keçiriləcək.

Hazırda turnir cədvəlinə 48 xalla "Trabzonspor" klubu liderlik edir. Bir oyun az keçirən "Başakşəhər" 46 xalla ikinci, "Qalatasaray" və "Sivasspor" klubları 45 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.

Milli.Az


Etiketlər:  Trabzonspor Rizəsporu darmadağın edərək liderliyə yüksəlib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ