Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çexiyada ilk dəfə 3 nəfər koronavirusa yoluxub

Çexiyada ilk dəfə 3 nəfər koronavirusa yoluxub

Tarix: 1 Mart 2020 21:14

Çexiyada ilk dəfə 3 nəfərin yeni tip koronavirusa yoluxduğu aşkarlanıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Səhiyyə naziri Adam Voytex deyib ki, virusa yoluxanlardan ikisi Praqadakı "Na Bulovce" xəstəxanası, bir nəfər isə Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilib.

Koronavirusa yoluxanlardan biri İtaliyadakı universitetlərdən birində təcrübə keçdikdən sonra Praqaya qayıdıb. Praqada xəstəxanaya yerləşdirilən amerikalı qadın isə Milanda təhsil alıb. Usti-nad-Labem şəhər xəstəxanasına yerləşdirilən üçüncü şəxs isə İtaliyada kurortda  istirahətdə olub.


Etiketlər:  Çexiyada dəfə nəfər koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ