Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 12:42
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, cari il martın 2-dək fonda 108.221.167,74 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.