Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Azərbaycanda daha çox aşkarlanan yaxından görmə, uzaqdan görmə, astiqmatizmin SƏBƏBLƏRİ?

Tarix: 24 May 2019 12:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır.

Trend-in məlumatına görə, bunu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: "Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlər, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir. Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir. Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar".

Y.Abdiyeva əlavə edib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir. Onun sözlərinə görə, əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda daha çox aşkarlanan yaxından görmə uzaqdan görmə astiqmatizmin SƏBƏBLƏRİ


RƏYLƏR