Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 13:48
AFFA-nın prezidenti Rövnəq Abdullayev Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqasında 2020/2021-ci il mövsümünün püşkatma mərasiminə qatılacaq.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə həmçinin icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov da iştirak edəcəklər.
Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.