Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda binalarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır - FOTO

Bakıda binalarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır - FOTO

Tarix: 3 Mart 2020 15:44

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Mətbuat xidmətindən, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də vurğulanıb.

Milli.Az


Etiketlər:  Bakıda binalarda tibbi profilaktik dezinfeksiyaedici tədbirlər aparılılır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ