Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 15:58
Millimizin qapıçısı Emil Balayev karyerasını ölkəmizdə davam etdirəcək.
Qol.az football24.az saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Premyer Liqa təmsilçisi "Zirə" ilə müqavilə imzalayıb. Onun bu mövsümün sonuna kimi Bakı klubunda oynayacağı vurğulanıb.
Qeyd edək ki, E.Balayev bu qış "Tobol"u tərk edib. O, bu ay Norveçin "Bude-Qlimt" klubuna keçməyə yaxın olsa da, bu transfer maliyyə məsələləri səbəbindən alınmayıb.