Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əcnəbilərlə evlənən və boşanan Azərbaycan vətəndaşlarının sayı artıb

Əcnəbilərlə evlənən və boşanan Azərbaycan vətəndaşlarının sayı artıb

Tarix: 4 Mart 2020 11:12

Əcnəbilərlə nikah bağlayan və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı artıb.

Sonxeber.net xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2270 nikah bağlanıb. 2018-ci ildə belə nikahların sayı 2256, 2017-ci ildə 2429 olub.

Ötən il əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikah bağlayanların 1160-ı qadın, 1110-u kişi olub.

Bununla yanaşı, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.

Ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.


Etiketlər:  Əcnəbilərlə evlənən boşanan Azərbaycan vətəndaşlarının sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ