Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 13:24
Keniyada qoruyucu maskaların ixracı qadağan edilib.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Keniya Tibbi Ləvazimatlar İdarəsnin müdiri Jonah Manjari çıxış edib.
O, qərarın koronavirusla bağlı təcili təxirəsalınmaz tədbirlər elan oluacağı təqdirdə ölkənin ehtiyaclarının ödənilməsi baxımından verildiyini bildirib.
Beləliklə, bu qərarla ölkədə tibbi maska istehsal edən çox sayda müəssisələrə ixrac qadağası şamil edilib.
Qeyd edək ki, son məlumata görə, Afrika qitəsində koronavirusa yoluxanların sayı rəsmi olaraq 11 nəfər qeyd edilib.
Xatırladaq ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 3 mindən çox nəfər ölüb.