Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 17:44
Rusiya Prezidenti Vladimir Putinin koronavirusdan qorunması üçün bütün lazımi preventiv gigiyenik tədbirlər həyata keçirilir.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.
"V.Putinin virusdan qrunmasının təmin edilməsi üçün hansı tədbirlər görülüb?" sualına D.Peskov belə cavab verib: "Prezidentin ətrafına koronavirusun yaxınlaşmaması üçün bütün lazımi tədbirlər görülüb. Əslində, bu, Rusiya Federasiyasının hər bir vətədaşının da həyata keçirə biləcəyi ən adi preventiv gigiyenik tədbirlərdir".
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 60-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.