Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bir sıra yaşayış yerləri dezinfeksiya edilib - FOTO

Bakıda bir sıra yaşayış yerləri dezinfeksiya edilib - FOTO

Tarix: 4 Mart 2020 17:54

Paytaxtda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılılır.

Bakı Şəhər İcra Hakimiyyəti Məbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtdakı yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Məktəbəqədər Təhsil müəssisələrində və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Mətbuat xidmətindən həmçinin, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi vurğulanıb.

Milli.Az


Etiketlər:  Bakıda sıra yaşayış yerləri dezinfeksiya edilib FOTO


RƏYLƏR