Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 21:40
Latviya dövlət büdcəsində müdafiə xərclərinin payına görə Avropa İttifaqı ölkələri arasında liderdir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.
Məlumata əsasən, Avropa İttifaqı ölkələrinin ümumi daxili məhsulunun orta hesabla 1,2 faizi orduya yönəldiyi halda, bu göstərici Latviya büdcəsində 2,1 faiz təşkil edir.
Ümumi daxili məhsulda müdafiə xərclərinin payı daha çox olan ölkələr arasında ilk üçlüyü Yunanıstan və Estoniya (hər ikisində 2 faiz) tuturlar. Bu göstərici üzrə siyahının sonuncu iki pilləsində İrlandiya (0,3 faiz) və Malta (0,5 faiz) qərarlaşıblar.
Ümumilikdə Avropa İttifaqı ölkələri müdafiə məqsədilə təxminən 162 milyard avro xərcləyiblər.