Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Laçın” ticarət mərkəzinin həbsdə olan rəhbəri AZADLIĞA ÇIXDI

“Laçın” ticarət mərkəzinin həbsdə olan rəhbəri AZADLIĞA ÇIXDI

Tarix: 5 Mart 2020 11:14

Həbsdə olan "Laçın" ticarət mərkəzinin rəhbəri Sunay Vəliyevin kassasiya şikayətinə baxılıb.

Sonxeber.net BakuPost-a istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə S. Vəliyevin cəzası aşağı salınıb və həbsdən azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il fevralın 9-da paytaxtın Xətai rayonu, Zığ yolu küçəsində 1980-cı il təvəllüdlü S.Vəliyevin idarə etdiyi "Mercedes-Benz GLS" markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Vəliyev fevralın 10-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Laçın ticarət mərkəzinin həbsdə olan rəhbəri AZADLIĞA ÇIXDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ