Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 12:36
"Koronavirusla bağlı İsraildən Azərbaycana ekspertlər gələcəklər".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfər var. Onların vəziyyəti stabildir və həkim nəzarətindədirlər:
"İranla sərhəddə 14 günlük karantin tətbiq edilir. 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib. Onların hamısı karantin şəraitində saxlanılır".
Y.Qarayeva əlavə edib ki, xəstəliyin diaqnostikası yalnız ÜST-ün tələblərinə cavab verən testlər vasitəsilə aparılır.
O qeyd edib ki, martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir:
"Valideynlər uşaqları bu müddətdə qapalı yerlərə aparmasınlar. Xahiş edirik ki, hər kəs bizim verdiyimiz tövsiyələrə əməl etsin".