Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manaf Ağayevə görə efirdə Xalq artistlərini İTTİHAM ETDİ: Elələri var ki... - FOTO

Manaf Ağayevə görə efirdə Xalq artistlərini İTTİHAM ETDİ: Elələri var ki... - FOTO

Tarix: 5 Mart 2020 16:08

"Manaf bu gün umur ki, ona "Əməkdar artist"i versinlər. Manaf bu günəcən efirdə bir dənə əsər oxumayıbsa, ya da gedib bir konsert verməyibsə ona niyə o adж versinlər?!"

Sonxeber.net xəbər verir ki, bunu Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda deyib.

Aparıcının sözlərinə verilişin qonağı İlham Mirzəyev "O qədər əməkdar artislər, xalq artistləri var ki, heç biri bir əsər oxumayıb. Manaf onların nəyindən əksikdir?" sözləri ilə reaksiya verib.

Manafı verilişdə müdafiə edən ikinci şəxs isə Əməkdar artist Cavanşir Məmmədov olub:

"Manaf Ağayev ad almaq istəyirsə düz eləyir. O əsgər ki, general olmaq istəmir, demək o çalışmır. İstəyir "Əməkdar, Xalq Artisti" olsun, çalışır. Pis oxuyur? Nəyi pis oxuyur, hansını pis oxuyub? Xaric oxuyub? Elə Xalq artistlərimiz var xaric oxuyur. Bir mahnıda 50 dənə "falş" oxuyan var". 

Məhəmməd Vaqif


Etiketlər:  Manaf Ağayevə görə efirdə Xalq artistlərini İTTİHAM ETDİ Elələri FOTO


RƏYLƏR