Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 14,7 mini ötüb

Çindən kənarda yeni koronavirusa yoluxanların sayı 14,7 mini ötüb

Tarix: 6 Mart 2020 08:34

Ötən gün dünyada yeni növ COVİD-19 koronavirusuna 2241 yoluxma halı qeydə alınıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Bildirilir ki, yeni yoluxma hallarından 143-ü Çində, 2098-i isə Çindən kənarda qeydə alınıb.

Qeyd edilir ki, dünyada yeni koronavirusa yoluxanların sayı 95333 nəfərə çatıb, onlardan 80565-i Çində, 14768-i isə Çindən kənarda qeydə alınıb.

Ümumilikdə koronavirusdan Çində 3015 nəfər, Çindən kənarda isə 267 nəfər ölüb.

Milli.Az


Etiketlər:  Çindən kənarda yeni koronavirusa yoluxanların sayı mini ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ