Qol.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb. Portuqaliyalı hücumçu Fransa Liqa 1-in 22-ci turunun “Nim”lə matçında (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulmuşdu. 25 yaşlı futbolçu daha sonra referiyə zərt şəkildə etiraz edib və onu itələyib.
Fransa Futbol Federasiyasının İntizam Komitəsi Martinsi 6 aylıq futboldan uzaqlaşdırıb.