Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millinin sabiq futbolçusunda koronavirus aşkarlandı

Millinin sabiq futbolçusunda koronavirus aşkarlandı

Tarix: 6 Mart 2020 11:56

Danimarka yığmasının sabiq üzvü Tomas Kalenberqdə koronavirus aşkarlanıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bröndbü" klubunun rəsmi saytı məlumat yayıb.

36 yaşlı keçmiş yarımmüdafiəçinin xəstəliyə Amsterdama səfəri zamanı yoluxduğu ehtimal olunur. O,  martın 1-də Danimarkada "Bröndbü" - "Lyunqbyu" matçını da canlı izləyib. Ona görə də xəstəliyə harada yoluxduğu barədə dəqiq məlumat yoxdur.

Hazırda o, son günlərdə təmasda olduğu daha 13 nəfərlə birgə karantinə alınıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Kalenberqlə birgə karantinə alınanlar arasında "Bröndbü"nün futbolçusu Joel Kabonqo, "Lyunqbyu"da çıxış edən Martin Ornskov, Kasper Yorgensen və Patrik da Silva da var.

Qeyd edək ki, 20-3-2015-ci illərdə Danimarka millisində çıxış edən Kalenberq 47 oyuna 5 qol vurub.


Etiketlər:  Millinin sabiq futbolçusunda koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ