Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda baş nazirin olduğu tədbirə hücum zamanı ölənlərin sayı 30-u keçib - YENİLƏNİB

Əfqanıstanda baş nazirin olduğu tədbirə hücum zamanı ölənlərin sayı 30-u keçib - YENİLƏNİB

Tarix: 6 Mart 2020 14:00

13:58

Əfqanıstanın paytaxtı Kabildə baş nazirin olduğu tədbirə hücum zamanı 23 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hücum zamanı bir müddət atışma qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananların sayının artması istisna olunmur.

Qeyd edək ki, Kabildə baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub. Baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

---------
12:30

Əfqanıstanda baş nazir Abdulla Abdullanın olduğu tədbirə hücum olub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, naməlum şəxslər tədbir zamanı atəş açıb.

Qeyd olunur ki, baş nazir hadisə yerindən uzaqlaşdırılıb və xəsarət almayıb. Hər hansı bir itkinin olması barədə məlumat verilməyib.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.


Etiketlər:  Əfqanıstanda baş nazirin olduğu tədbirə hücum zamanı ölənlərin sayı keçib YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ