Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vatikanda da koronavirus aşkarlandı

Vatikanda da koronavirus aşkarlandı

Tarix: 6 Mart 2020 18:10

Vatikanda da ilk koronavirusa yoluxma faktı qeydə alınıb.

Sonxeber.net Day.Az-a istinadən bildirir ki, bu barədə Müqəddəs Taxt-tacın çap xidmətinin başçısı Matteo Bruni deyib. Virusa yoluxanın kimliyi açıqlanmayıb.

Son məlumata görə, Vatikanda qeydə alınmış yoluxma faktı ilə bərabər İtaliyada koronavirusa yolxanların sayı 3858 nəfərə çatıb. Bu virusdan İtaliyada ölənlərin sayı isə 148 nəfərdir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.


Etiketlər:  Vatikanda koronavirus aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ