Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan ölənlərin sayı artdı

İranda koronavirusdan ölənlərin sayı artdı

Tarix: 6 Mart 2020 20:00

"İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 124 nəfərə çatıb".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. 

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində bu virusdan 17 nəfər dünyasını dəyişib və 1 234 yeni yoluxma tәsdiqini tapıb.

Onun sözlərinə görə, İranda ümumilikdə 4 747 nəfər bu virusa yoluxub.

Nazirlik rәsmisi 913 nәfәrin sağaldığını deyib.

İran xәstәxanalarında koronavirusa yoluxma şübhәlilәrinin sayı tәxminәn 16 min nәfәrdir.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 3513 nəfərin yeni koronavirusa yoluxduğunu, 107 nəfərin dünyasını dəyişdiyini, 739 nəfərin sağaldığını bildirmişdi.


Etiketlər:  İranda koronavirusdan ölənlərin sayı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ