Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Tarix: 6 Mart 2020 20:50

"Misirdə turist kruiz laynerində işləyən 12 Misir vətəndaşında koronavirus aşkar edilib".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid deyib.

Onun sözlərinə görə, Asuan-Luksor reysi üzrə hərəkət edən kruiz laynerində tayvanlı turist koronavirusa yoluxub. Bu məlumatdan sonra laynerdə olan misirlilər yoxlamadan keçirilib və onların 12-də virus aşkarlanıb.

Sözügedən şəxslər xəstəxanaya yerləşdirilib. Laynerdə olan digər şəxslər 14 günlük karantinə alınıb.

Qeyd edək ki, buna qədər Misirdə 3 yoluxma halı qeydə alınmışdı.


Etiketlər:  Kruiz laynerində işləyən misirli koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ