Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 21:40
2020-ci il 06 Mart tarixində saat 11:22-də Ədliyyə Nazirliyinin Sabirabad rayon İcra və Probasiya Şöbəsindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) iş üzrə maddi subut olan 1 ədəd süngü bıçağının, 2 ədəd 14.5 mm kalibirli, 150 ədəd 5.45 mm kalibirli, 216 ədəd 7.62 mm kalibirli patronların, "Kalaşnikov" konstruksiyalı silahın hissəsi olan 3 ədəd sandıqçanın, 1 ədəd "AQS-17" markalı gilizli qumbaranın və 1 ədəd təlim məşq təyinatlı "RQD-5" qumbarasının götürülərək zərərsizləşdirilməsi barədə məlumat daxil olub.
Agentlikdən Sonxeber.net-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 367 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd təlim məqsədli əl qumbarası (RQD-5), 3 ədəd avtomat darağı (boş), 1 ədəd silah qumbarası (VOQ-17) və 1 ədəd süngü bıçağının qını (yararsız) aşkar olunmuş, məhv edilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.