Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 07:32
"Xiaomi Mi8" smartfonunun istifadəçiləri "Android"in yenilənməsindən sonra işçi masasının yoxa çıxmasından şikayət ediblər. Bu haqda "iXBT" portalı məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu həftə "Xiaomi"nin "Android 10" sisteminin idarəetməsi altında işləyən qabaqcıl qurğusunun Avropa versiyasında "MIUI 11"in son versiyası əlçatan olub. Onu quraşdırdıqdan sonra smartfon işçi masanı yükləməyi dayandırıb. Bu halda qurğu adi rejimdə işinə davam edir.
"Yuxarı menyu işləyir, tənzimləmələrə daxil olmaq mümkündür, smartfon zəng və mesajları qəbul etməyə davam edir" - məqalədə deyilir.
Ancaq əsas ekrana keçdikdə istifadəçilər "MIUI"nin işində nasazlıq haqqında bildiriş alırlar.
Portalın mütəxəssisləri bildiriblər ki, nə yenidən yükləmə, nə standart parametrlərin bərpası problemin həllində kömək etmir.
Bundan sonra portalın mütəxəssisləri yaranmış problemi "MIUI işçi masası" proqramının tənzimləmələrində yeniləmələri silmək yolu ilə həll etməyi tövsiyə ediblər.