Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung” yeni nəsil enerjiyə qənaətcil “OLED” ekranlar təqdim edib

“Samsung” yeni nəsil enerjiyə qənaətcil “OLED” ekranlar təqdim edib

Tarix: 7 Mart 2020 07:52

"Samsung" şirkəti az enerji sərfiyyatı ilə seçilən yeni nəsil "OLED" displeylərin buraxılışına başlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, yeni "OLED" matrisalar 6,5 faiz göy işıq şüalandırdığı halda aktual displeylər nəslində analoji göstərici 14 faiz təşkil edir. Əksər tədqiqatlara görə, məhz göy spektrli işıq insanlarda sirkadiyalı ritm pozğunluğuna səbəb olur ki, bu da gecə smartfondan istifadə edən zaman yuxusuzluq və ya narahat yuxu ilə nəticələnə bilər.

Enerji sərfiyyatına gəldikdə, "Samsung" onu 2019-cu ildə buraxılmış ekranlarla müqayisədə 15 faiz azaldıb. Şirkət tərəfindən belə optimallaşdırma beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı dövründə zəruri tədbir kimi qeyd edilərək onların yüksək təsvir ölçülü daha çox kontentdən istifadəyə imkan verməsi qeyd olunur. Şirkət nümayəndələrinin sözlərinə görə, bu, akkumulyatorun enerjisinin daha tez tükənməsinə gətirib çıxaracaq. Yeni displeylər isə ekranın iş vaxtını artırmaqla qurğuların avtonomluğunu əvvəlki səviyyədə saxlamağa kömək edəcək.

Milli.Az


Etiketlər:  Samsung yeni nəsil enerjiyə qənaətcil OLED ekranlar təqdim edib


RƏYLƏR