Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 12:04
Amerikanın "Apple" şirkəti Kaliforniyada yerləşən mənzil-qərargahındakı 12 min əməkdaşa evdən işləmələrini tovsiyə edib.
Sonxeber.net Day.az-a istinadən bildirir ki, şirkət koronavirusun sürətlə yayılması səbəbindən belə təkliflə çıxış etməyə məcbur olub.
Distansion işin şirkətin bir sıra mühüm layihələrini sual altına qoyacağı da istisna edilmir. Bununla belə, analoji addımı "Facebook", "Amazon", "Google" və "Microsoft" da atıb.
Son məlumata görə, hazırda ABŞ-da koronavirusa yoluxanların sayı 300 nəfərdən çox qeyd edilir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.