Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 18:58
ABŞ-ın sanksiyaları nəticəsində İranın neft ixracı azalmaqda davam edəcək.
Sonxeber.net bildirir ki, bunu Trend-ə enerji məsələləri üzrə iranlı ekspert Mehrdad Emadi deyib.
M.Emadinin sözlərinə görə, İranın neft ixracı 1 milyon barelin dörddə biri olacaq.
Emadi əlavə edib ki, bundan əlavə İranda neft hasilatı da ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etdiyi vaxtdan öncə (2018-ci ilin noyabr ayı) ilə müqayisədə 50%-dən çox azalacaq.
İranlı ekspert bildirib ki, neft ixracının azalması hasilata öz təsirini göstərəcək. Belə ki, ölkə daxilində neftə tələbat ciddi şəkildə azalacaq.
"Ötən 23-24 il ərzində İranın neft quyuları daha yaxşı şəkildə idarə olunmadığına görə, böyük zərbə ilə üzləşəcək. Demək olar ki, İran-İraq müharibəsindən sonra (1980-1988) İranın neft sektoru ciddi itkilərlə üzləşəcək", - deyə o qeyd edib.
Emadinin sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyaları neft və neft-kimya sektoruna daha artıq təsir göstərir.
İranlı ekspert deyib ki, cari ildə dünyada iqtisadi inkişaf dörddə üçün 1 faizi olmayacaq və bu müxtəlif sektorlar arasında bərabər şəkildə bölünməyəcək. Əsasən enerji istehlakı olan yuxarı olan sektorlar, alüminium, polad, avtomobilqayırma, turizm xidmətləri dünyada baş verən hadisələrdən təsir alırlar.
"Bu əsnada neft bazarı çox satışdan nigarandır. Bunun nəticəsini London bazarlarında future contractlarda müşahidə etmək mümkündür", - deyə o qeyd edib.
Emadi bildirib ki, bütün bunları bir araya gətirdikdə, Səudiyyə Ərəbistanı, İraq, hətta Rusiya bir sıra dəyişikliklərə getməyə məcbur olublar.
Hasilatın azaldılması ilə əlaqədar təklifin qəbul olunmamasına gəldikdə, iranlı ekspert deyib ki, Rusiya neftin qiymətini aşağı səviyyədə saxlamaqla ABŞ-ın shell neftinin bazara satışa çıxarılmasını sıxışdırmağa çalışır.
Əlavə edək ki, ümumilikdə İranda 125 neft yatağı, 59 qaz yatağı vardır. İranın bütün karbohidrogen ehtiyatı 836 milyard bareldir. Texnologiya avadanlıqları ilə onun 239 milyard barelini çıxarmaq olar. İran 29%-dən istifadə edə bilər və 71% yer altında istifadəsiz qalır.
Qeyd edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.