Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belə zəif oynamağımız yadıma gəlmir'' - Ayxan Abbasov

''Belə zəif oynamağımız yadıma gəlmir'' - Ayxan Abbasov

Tarix: 7 Mart 2020 19:22

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qəbələ"yə 0:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- "Qəbələ"ni təbrik edirəm. Onlar bu gün qələbəni bizdən çox istədilər. Əsl əzmkar komandadır. "Sumqayıt"da işlədiyim müddət ərzində belə zəif oynamağımız yadıma gəlmir. Danışılası bir şey yoxdur. Çox pis məğlubiyyətdir. Çalışacağıq ki, toparlanaq və gələn oyuna hazırlaşaq.

- "Sumqayıt" ilk qola qədər pis təsir bağışlamırdı. Hesab açılandan sonra oyunun axarı tamamilə dəyişdi. Bu nəticə bir qəzadır?

- Futbolçuları başa düşürük, onlar da insandır. Amma biz komandanı oyuna hazır eləmişdik. "Qəbələ"nin evdə belə qələbələri var. Burada "Səbail"i və "Zirə"ni yaxşı oyunla udmuşdular. Bilirdik ki, buranın havası da komandamızın istədiyi kimi olmayacaq. İndi isti başla nə isə demək olmur. Bu, mənim üçün böyük məğlubiyyətdir və bundan nəticə çıxarmalıyıq.

- Siz komanda uduzanda belə, heç vaxt futbolçuları tənqid etmirsiniz. Həmişə onların tərəfini saxlayırsınız. Bu gün hamı Mehdi Cənnətovla Elvin Bədəlovun səhvlərini gördü. Xahiş edirəm, bu dəfə onların tərəfini saxlamayın və açıq deyin: siz bu futbolçuları məcburiyyətdən oynadırsınız?

- Hamısı mənim futbolçularımdır. Qələbələri də onlarla qazanırıq. Kubokda yarımfinala vəsiqə qazanan da bu komandadır. "Qarabağ"ı məğlub etmişik və bu gün hələ ki, dördüncü yerdəyik. Bir oyuna görə hər şeyi futbolçuların üstünə ata bilmərəm. Əlbəttə, günah varsa, birinci baş məşqçidədir. Zəif oyunlar olur. Vurğun zədəlidir, Cəmaləddinin dörd sarı vərəqəsi var idi. Mehdi Şərifi xəstədir. Böyük seçim imkanımız yoxdur. Amma bu, o demək deyil ki, biz təslim olmalıyıq. Daha məsuliyyətli olmalıyıq. Biz də, futbolçular da bilməliyik ki, belə səhvlər etməyə ixtiyarımız yoxdur. Bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər (sportinfo.az).

 


Etiketlər:  Belə zəif oynamağımız yadıma gəlmir Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ