Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 10:44
İtaliyada koronavirusa yoluxanların sayı 5061 nəfərə çatıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, bunu ölkənin Vətəndaş müdafiəsi departamentinin rəhbəri Ancelo Borrelli açıqlayıb.
Beləliklə, sutka ərzində pasiyentlərin sayı 1145 nəfər artıb. Ölüm hallarının da sayı 36 nəfər artaraq, 233-ə çatıb.
Hazırda 2651 pasiyent xəstəxanalarda müalicə olunur, onlardan 567-si reanimasiya və intentiv terapiya şöbələrindədir. 1843 nəfər koronavirusdan evdə müalicə olunur. 500-dən koronavirusa yoluxmuş şəxsin səhhəti artıq yaxşılaşıb.
İtaliya həkimlərinin məlumatına görə, ölkədə koronavirusdan ölənlərin orta yaş həddi 81-dir.