Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı gimnast ''AGF Junior Trophy'' beynəlxalq turnirində dəstəli at üzərində hərəkətlərdə qızıl medal qazanıb

Ukraynalı gimnast ''AGF Junior Trophy'' beynəlxalq turnirində dəstəli at üzərində hərəkətlərdə qızıl medal qazanıb

Tarix: 8 Mart 2020 13:24

Ukraynalı gimnast Radomir Stelmax kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında dəstəli at üzərində hərəkətlərdə 13.500 xal toplayaraq qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 13.350 xalla Gürcüstan təmsilçisi Daçi Dolidze gümüş medal, 13.250 xalla digər ukraynalı gimnast Mikita Melnikov isə bürünc medal qazanıblar.

Azərbaycan gimnastı Rəsul Əhmədzadə 10.950 xalla 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Milli.Az


Etiketlər:  Ukraynalı gimnast Junior Trophy beynəlxalq turnirində dəstəli üzərində hərəkətlərdə qızıl medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ