Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftin qiyməti kəskin ucuzlaşdı - YENİLƏNİB

Neftin qiyməti kəskin ucuzlaşdı - YENİLƏNİB

Tarix: 9 Mart 2020 10:16

10:14

 "Brent" markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "qara qızıl"ın may fyuçerslərinin qiyməti 28,69% azalıb.

WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.

Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub. 

"Blumberq" nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb. 

"Goldman Sachs" bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.

---------
07:00

OPEK+ razılaşmasının pozulmasından sonrakı ilk iş günündə Brent markalı neftin qiyməti 31 faiz ucuzlaşdı.

Trend-in Ria Novosti-yə istinadən verdiyi məlumata görə, Brent markalı neftin hazırki qiyməti barrel üçün 31,43 dollar təşkil edir.


Etiketlər:  Neftin qiyməti kəskin ucuzlaşdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ