Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 07:08
İspaniyanın "Barselona" klubu martın 7-də öz meydanında "Real Sosyedad" komandasını məğlub (1:0) etdikləri görüş Lionel Messi üçün əlamətdar olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, oyunda yeganə qolu Lionel Messi vurub. Bu argentinalı futbolçunun İspaniya La Liqasından vurduğu 438-ci qolu olub. O, bu göstərici ilə 437 qolu olan, İtaliyanın "Yuventus" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunu üstələyib.
İndiyədək bu nailiyyəti Avropanın ən yaxşı 5 liqasında heç bir futbolçu bacarmayıb.