Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 08:32
Fransada iştirakçıların sayı min nəfərdən çox olan bütün tədbirlər koronavirusun yayılması ilə əlaqədar qadağan olunub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran deyib.
Daha əvvəl Fransa hökuməti qapalı meydançalarda 5 mindən çox iştirakçısı olan tədbirlərin keçirilməsini qadağan edib. Xəstəliyin yayılması səbəbiylə Paris Marafonu, beynəlxalq sərgi və sair tədbirlər ləğv edilib və ya təxirə salınıblar.
Son məlumatlara görə, Fransada koronavirusa 1126 nəfər yoluxub, 19 nəfər dünyasını dəyişib.