Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftin kəskin ucuzlaşmasının səbəbi nədir? - Şərh

Neftin kəskin ucuzlaşmasının səbəbi nədir? - Şərh

Tarix: 9 Mart 2020 13:34

Xəbər verdiyimiz kimi, dünya bazarlarında neftin qiyməti kəskin azalaraq bir barrelə görə 31,27 dollar olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, neftin qiyməti sonuncu dəfə 2016-cı ilin 20 yanvarında 27,70 dollar olub. ABŞ-ın "Goldman Sachs" investisiya bankı isə neftin qiymətində azalmanın 20 dollaradək davam edə biləcəyini proqnozlaşdırıb.

Politoloq Şahin Cəfərli neft "siyasət"ində baş verən son hadisələri belə şərh edib:

"Bu cür şok ucuzlaşmanın səbəbi budur ki, Rusiya hasilatı azaltmaqdan imtina etdikdən sonra OPEC+ formatı iflasa uğradı. Səudiyyə Ərəbistanı isə Rusiyanın bu həmləsinə qarşı hasilatı artırmağa qərar verdi və müştərilərə çox ucuz neft təklif etməyə başladı. Ərəblər Moskvanı təkrar masaya oturtmaq istəyir. Koronavirusun Avropa və ABŞ-da yayılmağa davam etməsi hazırda neftin qiymətinə mənfi təsir edən amillərdən biridir. Əsas fundamental problem isə dünya iqtisadiyyatının artım tempinin zəifləməsi və yanacağa tələbatın aşağı düşməsidir".


Etiketlər:  Neftin kəskin ucuzlaşmasının səbəbi nədir Şərh


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ