Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın bəzi ərazilərinə yenə dolu düşüb

Azərbaycanın bəzi ərazilərinə yenə dolu düşüb

Tarix: 25 May 2019 12:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.

Düşən yağıntının miqdarı Çaykənddə (Göygöl) 21 mm, Daşkəsəndə 20 mm (aylıq normanın 20%-i), Gədəbəydə 19 mm (aylıq normanın 17%-i), Tərtərdə 17 mm (aylıq normanın 33%-i), Ağdərədə (Ordubad) 12 mm, Göygöldə 9 mm, Astarada 7 mm, Balakəndə 6 mm, Beyləqan, İmişli, Sarıbaş (Qax), Gəncədə 5 mm, Kürdəmirdə 4 mm, Cəfərxan, Ceyrançöl, Zaqatala, Naftalanda 3 mm, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Ağstafa, Şəmkir, Tovuzda 2 mm, Şərur, Yevlax, Sabirabad, Salyan, Qazıməmməd, Biləsuvar, Ağsu, Kişçayda (Şəki) 1 mm olub.

Tərtər rayonu ərazisində saat 17:55-dən 18:40-dək 45 dəqiqə ərzində şiddətli göy gurultusu ilə müşahidə olunan leysan yağışı yağıb, Yuxarı Ağcakənd ərazisində saat 16:17-dən 16:19-dək 2 dəqiqə ərzində diametri 13 mm, Daşkəsəndə saat 17:04 radələrində diametri 16 mm dolu düşüb.

Yuxarı Ağcakənd ərazisində yağan intensiv leysan yağışı nəticəsində Gorançayda daşqın yaranıb.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Ağdamda 20 m/s, Şahdağda 16 m/s -dək güclənib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın bəzi ərazilərinə yenə dolu düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ