Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada koronavirusdan ölənlərin sayı 463-ə çatdı

İtaliyada koronavirusdan ölənlərin sayı 463-ə çatdı

Tarix: 10 Mart 2020 09:00

İtaliyada koronavirusdan ölənlərin sayı artıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, dünən daha 97 nəfər bu virusdan dünyasını dəyişib və koronavirus qurbanlarının sayı 463-ə çatıb.

Ümumilikdə isə ölkədə 9 172 koronavirus xəstəsi var. Onlardan cəmi 724 nəfəri sağalıb.

Koronavirus təhlükəsi yerli həbsxanalara da təsir edib. Ötən həftə Modenada yerləşən həbsxanada qiyam baş verib və insident nəticəsində 6 məhkum ölüb. Paytaxt Romadakı Rebibbia həbsxanası başda olmaqla, ölkənin 27 cəzaçəkmə müəssisəsində qiyam baş verib. Təkcə Foggia şəhərində 50 məhkum həbsdən qaçıb. Onlardan yalnız 30-u saxlanılıb, digərlərinin axtarışı isə davam etdirilir.

Qeyd edək ki, İtaliya hazırda Çindən sonra koronavirusun ən çox yayıldığı ikinci ölkədir.


Etiketlər:  İtaliyada koronavirusdan ölənlərin sayı çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ