Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 14:50
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" - "Napoli" cavab oyunu da boş tribunalar önündə keçiriləcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bununla bağlı Kataloniya klubunun rəsmilərinin iclasında qərar verilib. Koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə sözügedən görüşün azarkeşsiz keçiriləcəyi vurğulanlb.
Məlumat klubun nümayəndəsi Jerar Figueras təsdiqləyib.
Qeyd edək ki, "Barselona" - "Napoli" matçı martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.