Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 16:30
Yaponiyanın böyük "Toyota Motor" avtoşirkəti koronavirus səbəbindən hazırda maşın bazarında yaşanan böhranla əlaqədar "Lexus" avotmobillərinin istehsalnda ixtisar etmək barədə qərar qəbul edib.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, istehsalda ixtisar təxminən 6 faiz təşkil edəcək və martın 16-dan qüvvəyə minəcək.
Qeyd olunur ki, istehsalatda "Lexus"ların istehsalında azalma müvəqqəti olaraq 2 həftəlik həyata keçiriləcək. Məsələ ondadır ki, ABŞ-dan sonra "Toyota" şirkəti məhsullarının realizəsi üçün ikinci əsas bazar Çindir, lakin məlum epidemiya səbəbindən hazırda bazarda durğunluq yaşanır.
Qeyd edək ki, keçən il Çin bazarında təkcə "Lexus" markalı avtomobillərin satışı 1,62 milyon ədəd təşkil edib.