Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 22:58
Düşənbənin mərkəzindəki Dusti meydanında, İsmayıl Somani abidəsinin yanında 30 metr hündürlüyündə səməni ucaldılıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, səməninin diametri isə 16 metrdir. Meydanda Novruz bayramını simvolizə edən bar ağacları, güllər əkilib, Novruz atributları qoyulub.
Martın 1-dən 20-dək Rudaki prospektində "Novruz yarmarkaları-Düşənbə 2020" adlı müxtəlif sərgi və satış yarmarkaları keçirilir.
Bununla belə Tacikistanın Mədəniyyət Nazirliyi elan edib ki, koronavirus təhlükəsi ilə bağlı Novruz şənlikləri məhdud formatda, xalq gəzintiləri olmadan keçiriləcək.