Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Türkmənistan prezidentlərinin görüşləri dövlətlərimiz arasında münasibətlərə xüsusi dinamizm verir

Azərbaycan və Türkmənistan prezidentlərinin görüşləri dövlətlərimiz arasında münasibətlərə xüsusi dinamizm verir

Tarix: 12 Mart 2020 16:15

Azərbaycan və Türkmənistan xalqlarını bir çox ortaq dəyərlər birləşdirir. Bunlar, ilk növbədə, bizim eyni köklərə bağlı olmağımız, mədəniyyətimiz və mənəviyyatımızdır. Bütün tarix boyu xalqlarımız bir - birinə qardaşlıq münasibətləri bəsləyib. Ötən əsrin sonlarından, dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqlarımız arasında münasibətlərin möhkəmlənməsi və inkişaf etməsi üçün tamamilə geniş şərait yaradılıb. Bu illər ərzində Azərbaycan - Türkmənistan əlaqələri iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı hörmət və hüquq bərabərliyinə əsaslanan sıx əməkdaşlığı, beynəlxalq və regional siyasətin aktual məsələlərinin həllində birgə səylərin vacibliyinin dərki ilə əlamətdar olmuşdur.

Azərbaycan - Türkmənistan əməkdaşlığının ötən dövrü dövlətlərarası dialoqun yüksək səviyyəsi ilə, beynəlxalq aləmdə qarşılıqlı dəstək və etimadla səciyyələnmişdir. Ölkələrimiz arasında əlaqələrin əsas məzmununu təşkil edən bu amil, şübhəsiz, ikitərəfli əməkdaşlığın hərtərəfli şəkildə dərinləşməsinə kömək edir.

11 mart 2020-ci il tarixdə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və aparılmış müzakirələr iki ölkə arasında əlaqələrin daha dinamik şəkildə inkişafına təsir göstərəcək. Çünki Türkmənistan və Azərbaycan prezidentləri arasında müntəzəm təmaslar dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Türkmənistan bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Ölkələrarası münasibətlər təkcə ikitərəfli əlaqələr kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir. Səfər zamanı bir sıra mühüm sənədlər, o cümlədən hava yolları, media, miqrasiya, elm və təhsil, rabitə, informasiya - kommunikasiya texnologiyaları, investisiyaların təşviqi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində imzalanan memorandumları ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasına, iqtisadi və mədəni sahədəki əlaqələrimizin daha da möhkəmlənməsinə xüsusi töhfə verəcək. Çünki Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun səyləri, həmçinin xalqlarımızın fədakar əməyi sayəsində siyasi və sosial - iqtisadi inkişafın hazırkı mərhələsində Azərbaycan və Türkmənistanda siyasi sabitliyə nail olunmuş, inkişaf dönməz xarakter almış və iki xalqın tarixində indiyədək görünməmiş dinamika kəsb etmişdir.

Milli Məclisin deputatı
Anar Məmmədov


Etiketlər:  Azərbaycan Türkmənistan prezidentlərinin görüşləri dövlətlərimiz arasında münasibətlərə xüsusi dinamizm verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ