Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrlandiya tədris müəssisələrini bağladı

İrlandiya tədris müəssisələrini bağladı

Tarix: 12 Mart 2020 17:00

Bakı. Trend:

İrlandiyada koronavirus epidemiyası ilə əlaqədar bütün tədris müəssisələri martın 29-dək bağlanır.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Leo Varadkar bildirib.

Qərara əsasən, uşaq bağçaları, məktəblər, kollec və universitetlər sabahdan bağlanır.

Bundan başqa, açıq havada 500-dən, qapalı məkanda 100-dən çox şəxsin iştirakı kütləvi tədbirlər qadağan edilir.

Evdən işləmək imkanı olanlara evdə qalmaq tövsiyə olunub.

Qeyd edək ki, İrlandiyada koronavirusa 43 yoluxma faktı təsdiqlənib, 1 nəfər vəfat edib.


Etiketlər:  İrlandiya tədris müəssisələrini bağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ