Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 17:30
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Fransadan səfərdən qayıtmış deputat Sergey Katasonovu karantinə göndərib.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, S.Katasonovla yanaşı, onunla münasibətdə olmuş bir neçə digər deputat da karantinə alınıb.
V.Volodin S.Katasonovun parlament binsına daxil olmasına icazə verilməməsini tapşırıb: "Karantin keçsin. Bu, onunla münasibətdə olan digərilərinə də aiddir, xahiş edirəm anlayış göstərəsiniz".
Dövlət Dumasının spikeri həmçinin deputatları yaxın zamanda xarici ölkələrə səfər etməməyə, səfərdən qayıtmış həmkarlarını isə mütləq evdə karantin keçmələrini tövsiyə edib.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.