Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 18:50
İrlandiyada koronavirus epidemiyası ilə əlaqədar bütün tədris müəssisələri martın 29-dək bağlanır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ölkənin baş naziri Leo Varadkar bildirib.
Qərara əsasən, uşaq bağçaları, məktəblər, kollec və universitetlər sabahdan bağlanır.
Bundan başqa, açıq havada 500-dən, qapalı məkanda 100-dən çox şəxsin iştirakı kütləvi tədbirlər qadağan edilir.
Evdən işləmək imkanı olanlara evdə qalmaq tövsiyə olunub.
Qeyd edək ki, İrlandiyada koronavirusa 43 yoluxma faktı təsdiqlənib, 1 nəfər vəfat edib.