Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən varlı insanı bir gündə 5,6 milyard dollar itirdi

Dünyanın ən varlı insanı bir gündə 5,6 milyard dollar itirdi

Tarix: 12 Mart 2020 23:12

Onlayn alış-veriş platforması olan Amazon-un qurucusu və CEO-su olan Jeff Bezos qlobal bazardakı geriləmənin ən çox təsir etdiyi şəxs olub.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, "dünyanın ən varlı insanı" adına sahib olan Bezos-un sərvəti bir gündə 5,6 milyard dollar azalıb.

Avropa birjalarında itkilər 6-12 faiz arasında dəyişib. ABŞ birjalarında isə azalma 7 faizi keçib. Bazarlardakı bu azalma minlərlə şirkətə, eləcə də səhmdarlarına təsir göstərib. Həmin səhmdarlardan biri olan Jeff Bezos itkilərinə görə digərlərini üstələyib.

Bezosun təxminən 118 milyard dollar olan şəxsi sərvəti 112 milyard dollara düşüb.

Bloomberg Milyarderlər İndeksində yer alan 500 şəxsdən sadəcə 17-nin sərvətində artım olub. Ən çox sərvəti yüksələn şəxs 536 milyon dollarlıq artımla çinli Qin Yinglin olub.


Etiketlər:  Dünyanın varlı insanı gündə milyard dollar itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ